Ölkə futbolu
Vüsal İsgəndərli Albaniyada ilk qolunu vurdu
Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında 2-ci tur oyununa çıxıb. Komanda “Kukesi”nin qonağı olub və 4:0 hesabı ilə qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, “Eqnatiya”nın 4-cü qolunu 58-ci dəqiqədə Vüsal İsgəndərli vurub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Bu, Vüsalın Albaniya çempionatında ilk qoludur. 27 yaşlı hücumçu “Biliş”lə yoxlama görüşündə də fərqlənmişdi.
Qeyd edək ki, “Eqnatiya” 3 xalla 10 komandanın mübarizə apardığı yarışda 4-cü, xalsız “Kukesi” sonuncu pillədədir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib