Ölkə futbolu
Vüsal İsgəndərli Namik Ələskərovun komandası ilə qarşılaşmadan danışdı: “Ab-havanı atana qədər…”
“Oyundan öncə Namiklə görüşdük və komandalarımız haqqında danışdıq. Klublardakı vəziyyət və ab-hava barədə söhbətləşdik”.
Bunu futbolinfo.az-a açıqlamasında Türkiyə birinci liqasında mübarizə aparan “Keçiörəngücü” klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.
Ötən gün Türkiyə birinci liqasının 11-ci turu çərçivəsində Azərbaycan millisinin üzvü Namik Ələskərovun oynadığı “Bursaspor”la qarşılaşmadan danışan vinger liqanın çətinliyi barədə söhbətləşdiklərini də sözlərinə əlavə edib: “Hər rəqibin ağır olmasından, bütün rəqiblərin qələbə qazanmaq ehtimalı olduğundan danışdıq. Matçdan sonra da onu təbrik etdim və görüşüb, sağollaşdıq”.
İsgəndərli çıxış etdiyi komandanın son pillələrdən yer alması barədə isə bunları bildirib: “Əslində, burada ciddi problem yoxdur. Sadəcə, nəticələr istədiyimiz kimi deyil. “Bursaspor”a qarşı da zəif oynamadıq. Sadəcə, rəqib azarkeşlərin dəstəklə yaratdığı ab-havanı üzərimizdən atana qədər qol buraxdıq. Çox inanıram ki, komandamız yuxarı pillələrə qalxacaq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”