Milli komanda
Xəbərimiz təsdiqlənir: Okan Buruk “2+2 şərti ilə” millimizdə
Futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Okan Buruk olacaq. Futbolinfo.az xəbər verir ki, artıq bu barədə Türkiyə mətbuatı da məlumat yayıb.
“Milliyet”in yazdığına görə, türkiyəli mütəxəssislə 2+2 illik müqavilə barədə razılıq əldə olunub. Gələn ayın sonunda italiyalı Canni De Byazi ilə vidalaşmağa hazırlaşan AFFA onu məhz Okan Burukla əvəzləməyə qərar verib.
1992-2010-cu illərdə Türkiyə millisində keçirdiyi 56 oyunda 8 qola imza atan Okan Buruk məşqçi karyerasına gənclər millisində başlayıb. Daha sonra əsas millidə və “Qalatasaray”da da yardımçı işləyən sabiq yarımmüdafiəçi, “Elazığspor” (2013—2014), “Qaziantepspor” (2014—2015), “Sivasspor” (2015—2016), “Göztəpə” (2016—2017), “Akhisar Bələdiyyəspor” (2017—2018), “Rizəspor” (2018—2019) klublarında işləyib. Heç bir klubda ikinci ili görməyən Buruk “Başakşəhər”i (2019-2021) çempion etməyi bacarıb.
Xatırladaq ki, AFFA-nın Okan Burukla danışıqlar apardığı barədə ilk xəbəri futbolinfo.az saytı yayıb.