Dünya futbolu
Xavi: “Evə dönmək üçün çox həyəcanlıyam”
Adı “Barselona” ilə hallanan Xavi açıqlama verib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, “Barselona”ya qayıtmaq istədiyini deyib:
“Nə olacağını bilmirəm. İki klub arasında danışıqlar davam edir, nəticəni görəcəyik. Düşünürəm ki, hər şey müsbət olacaq. Ümid edirəm ki, razılıq əldə olunar. Evə dönmək üçün çox həyəcanlıyam. Arzu edirəm ki, reallaşsın”.
Qeyd edək ki, “Barselona” rəsmiləri hazırda Xavi və onun hazırda çalışdığı “Əl Sədd” klubuilə danışıq aparmaq üçün Qətərdə səfərdədirlər. Qətər klubu bununla bağlı açıqlama yayıb və “Barselona” rəsmilərini qonaq etməkdən məmnun olduqlarını bildiriblər. Lakin onlar Xavini mövsümün bu vaxtında buraxmaq istəmədiklərini bəyan ediblər. Xavi isə bu açıqlaması ilə “Barselona”ya qayıtmaq istədiyini gizlətməyib. O, klub rəhbərliyinə də ayrılmaq istədiyini bildirib. Xarici mətbuatın iddiasına görə, ən yaxın günlərdə Xavinin “Barselona”ya baş məşqçi təyin olunması gözlənilir.