Dünya futbolu
Xavi komandasından razıdır
“Barselona”nın baş məşqçisi Xavi Ernandes komandasının çıxışından məmnundur. O, tənqidlərə baxmayaraq, doğru yolda olduqlarını düşünür.
Dünən aşağı liqa komandası ilə matçda 3:2 hesablı çətin qələbə qazanan İspaniya nəhənginin baş məşqçisi növbəti mərhələyə adlamağın sevincini yaşayır: “Önəmli olan bir sonrakı mərhələyə keçməyimizdir. Yaxşı oynadığımızı düşünürəm. Düzdür, daha çox çalışmalı, səhvləri minimuma endirməliyik. Rəqbə bu qədər şans verməməliydik”.
Xavi Joao Feliksin sayılmayan qolundan da danışıb: “Qolun ofsayd səbəbindən sayılmadığını dedilər, amma təmiz qol idi. Kral Kubokunda və 2024-cü ildə VAR-ın olmamasını anlamıram”.
Məşqçi heyətlə bağlı məsələlərə də vaxt ayırıb: “Vitor Roke və Robert Levandovski birlikdə oynaya bilər. Məncə, mükəmməl şəkldə adaptasiya olacaqlar, Vitor fərqli mövqelərdə də yaxşı çıxış etmək potensialına malikdir. Bu gün əla anlaşdırlar, bir-brini zamanla daha yaxşı anlayacaqlar”.