Dünya futbolu
Xavi onlardan imtina etdi, Pikeyə qadağa qoydu
“Barselona”nın yeni baş məşqçisi Xavi komandanın strukturunda dəyişikliklər etməyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis klubun fizioterapevti Xuanxo Brau və fiziki hazırlıq üzrə məşqçi Alberto Roke ilə yolların ayrılmasını istəyib.
Bu barədə AS nəşri məlumat yayıb. Rəhbərlik Xavinin bu tələbini qəbul edib və iki əməkdaşla yolları ayırıb.
Braunu Qətər “Əl Sədd”ində Xavi ilə birgə çalışmış Karles Noqeyra, Rokeni isə İvan Torres əvəzləyib.
Xavi komandanın liderlərindən olan Jerar Pikeyə isə “El Hormiguero” proqramına müsahibə verməyi qadağan edib. O, ümumiyyətlə futbolçuların mətbuata tez-tez müsahibə verməsini istəmir. İspan mütəxəssis oyunçuların bütün diqqətini komandaya verməsini istəyir.
Gənc mütəxəssis komanda üzvləri üçün yeni qaydalar da tətbiq edib. İspaniya mətbuatının yazdığına görə, o, “Barselona”da nizam qurmaq üçün aşağıdakı qaydaları tətbiq edib:
- Futbolçular məşqlərə 1,5 saat, məşqçilər heyəti isə 2 saat əvvəl gələcək;
- Oyunçular matçlardan 48 saat əvvəl evlərində olacaq;
- Futbolçular yeməklərini xüsusi proqramla yeyəcək;
- Şəhər kənarına getmək istəyənlər məşqçilər heyətindən icazə almalı olacaq;
- Hər futbolçu digəri üçün nümunə olmalıdır;
- Qaydaları pozanlar ağır şəkildə cəzalandırılacaq.
“Barselona” Xavinin rəhbərliyi altında ilk matçına noyabrın 20-də çıxacaq. Kataloniya təmsilçisi La Liqanın 14-cü turunda “Espanyol”la qarşılaşacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı