Dünya futbolu
Xorvatiyalı futbolçunun dopinq-testi müsbət çıxdı
Almaniyanın “Hamburq” klubunun müdafiəçisi Mario Vuşkoviçdən götürülmüş dopinq-testin cavabı müsbət çıxıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Almaniya Futbol Assosiasiyası (DFB) məlumat yayıb.
Xorvatiyalı müdafiəçinin qan nümunəsində eritropoetin maddəsi aşkarlanıb. DFB-nin Nəzarət Komitəsi artıq məsələ ilə bağlı araşdırmalara başlandığını açıqlayıb. Oyunçunun uzun müddət futboldan kənarlaşdırılacağı ehtimal olunur.
Xatırladaq ki, Mario Vuşkoviç 2021-ci ilin avqustundan “Hamburq”da çıxış edir. O, bu komandada 47 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı