Ölkə futbolu
Xorvatlar “Konyaspor”dan 2,5 milyon avro tələb edir – Mahir üçün
Mahir Emreli bu gün “Konyaspor”la müqavilə bağlayacaq. Millimizin üzvü yaya kimi Türkiyə Superliqasında icarə əsasında oynamasına imkan verən anlaşmaya imza atacaq.
Amma Mahirin Konyada qalması çətin olacaq. Futbolçunun mövsüm bitəndən sonra Zaqrebə qayıtmaması, birdəfəlik transfer edilməsi variantı var. Di gəl ki, “Dinamo” rəhbərliyi bunun üçün Türkiyə təmsilçisindən çox pul tələb edir.
Əvvəl transferin 1 milyon avroya reallaşmasının mümkün olduğu deyilirdi, indi isə bəlli olub ki, xorvatlar 2,5 milyon avro tələb edir. Bunu “Futbolinfo”ya adının açıqlanmasını istəməyən “Konyaspor” rəsmisi dedi.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı