Ölkə futbolu
Xvalko: “Hər matçı səfərdə keçirməli oluruq”
“Kəpəz”in belaruslu müdafiəçisi Yeqor Xvalkonun futbolinfo.az saytına açıqlama verib. O, komandanın son oyunlarından, hədəflərindən danışıb.
Təcrübəli arxa xətt oyunçusu son turda “Sabah”a 0:3 hesabı ilə məğlubiyyəti belə dəyərləndirib: “Rəqib səhvlərimizdən yararlana bildi. “Sabah” yüksək səviyyəli komandadır, kiçik səhvləri bağışalmırlar. Bu matç bizim üçün yaxşı olmadı. Müsbət qiymətləndirmək çətindir, doğru oynamadıq. Amma yenə də qol şansı yaratdığımız anlar var idi”.
Xvalko hazırda 7-ci pillədə olan Gəncə təmsilçisinin Premyer Liqada yerini qoruyacağına əmindir: “Xal toplamaq üçün oyunlarımız var. 3 qarşılaşmadan sonra nə olacağını indidən təxmin edə bilmərəm. Amma 7-ci yerdən 6-cı pilləyə yüksəlmək istəyirik. Asan deyil, lakin heç olmasa, 7-ci yerdə qalmağa çalışacağıq”.
Yeqor növbəti mövsüm barədə ətraflı danışmayıb: “Bu, ilk mövsüm, ilk iş idi. Düzünü desəm, gələn mövsüm haqqında heç nə bilmirəm. Düşünürəm ki, mövsümlərarası fasilədə güclənəcəyik”.
Müdafiəçi son ev oyunlarını Gəncədə deyil, Qəbələdə keçirməyin nəticələrə mənfi təsir etdiyini düşünür: “Demək olar, hər matçı səfərdə keçirməli oluruq. İkincisi azareşlərin təbii ki, az gəlməsi yaxşı hal deyil. Gəncədə qat-qat çox fanat gəlirdi və bu, bizə yaxşı təsir edirdi”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı