Bizi izləyin

Ölkə futbolu

Ya Rəhim, ya Əli – “Sumqayıt” üçün dua zamanı

blank
blank

Ya Əli, ya Rəhim – yox, dua etməyə hazırlaşmıram, “Sumqayıt”ı xilas edə biləcək futbolçuları sadalayıram. Belə vəziyyətdə adətən lider oyunçulara ümid edirsən və düşünürsən ki, “kimyaçılar”ı uğursuzluqdan çıxarmaq üçün ya Rəhim Sadıxov, ya da Əli Qurbani məsuliyyəti üzərinə götürməlidi. Lakin onlar indi xilaskar olacaq vəziyyətdə deyil, əksinə, onların özünü xilas etmək lazımdı.

Ötənmövsümkü “Sumqayıt”dan əsər-əlamət qalmayıb. Dünən Qəbələdə meydana ruhsuz komanda çıxmışdı. O qədər ruhsuz ki, meydan sahibləri mövsümdəki ən zəif oyunlarından birini keçirməsinə baxmayaraq, qalib gəldi. Sürətli oyuna üstünlük verən, əla əks-hücum quran, pressinq edən, rəngarəng oynayan “Sumqayıt” tarixin yaddaşına köçüb. Heyət həminkidi, hətta qismən güclənib, müqaviləsi uzadılan futbolçuların maaşı da artıb, lakin oyun baxımından geriləmə var.

“Kimyaçılar” artıq 6-cı pilləyə enib, liderlər qrupundan uzaq düşüb, üstəlik, autsayderdən cəmi 2 xal öndədilər. 11 tura 11 xal arzuolunmaz göstəricidi, bu gedişlə ikinci dövrənin sonunda komanda hamıya aşağıdan yuxarı baxacaq. Deyəsən, baş məşqçi Ayxan Abbasov da təslim olub, təkbaşına mübarizə aparmağı bacarmır, komandanı motivasiya etmək üçün yeni sözlər tapmaqda çətinlik çəkir. Prezident Riad Rəfiyevsə günlərdi ölkə xaricindədi, əsas işini unudub, menecer olaraq milli komandaya məşqçi axtarır.

İstənilən halda, dünən uğurlarına görə təriflədiyimiz məşqçi indiki duruma görə tənqidi də haqq edir. Və artıq istefaya işarə edir, getmək zamanının çatdığını dilə gətirir: “Təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik. Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam komplektləşdirə bilmədik. Bəlkə də xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. “Qəbələ” 2 mövsümlük uğursuzluğa baxmayaraq, təslim olmadı, çempionata rəng qatırlar. Bu da bir nümunədir. Məğlubiyyət üzücüdür, amma hər zaman komandamın arxasındayam. Bəlkə də nələrisə dəyişməliyik. Yaxud da vaxt gəlib çatıb, getmək lazımdır”.

Abbasov heyətlə bağlı dediklərində haqlıdı, bir neçə oyunçu sıradan çıxan kimi layiqli əvəzedicilərin olmadığı aydınlaşır. Lakin hər durumda cavabdeh baş məşqçidi, komanda belə vəziyyətə hazır olmalıydı. Rəhbərlik lazım olanı etməyibsə, heyəti komplektləşdirmək mümkün olmayanda getmək lazım idi, yox, Abbasov bu şərtlərlə yola davam etməyə qərar veribsə, nəticələrə görə məsuliyyət onun boynundadı.

“Sumqayıt”ın əsas problemi daim “müvəqqəti dayanacaq” olmasındadı. Komandanın bütün oyunçuları mövsüm boyunca gələn dəvətlər arasında var-gəl edir, düşünür, beyinləri yerində olmur. Keçən çempionatda avrokuboka vəsiqə qazanıldığından heyət qorundu, indi isə bu vəzifənin çətin olduğunu hamı anlayır və bəzilərinin çemodanları hazırdı. Rəhim Sadıxov, Əli Qurbani və başqaları elə qışdaca başqa klublarımıza transfer oluna bilər.

Əlinin oyununda düşüş aşkar görünür, ötən il qolları sıralayan hücumçu indi qapını yaddan çıxarıb, Rəhim milli komandaya çağırılmayandan sonra ruhdan düşüb, ora layiq olmaq üçün daha yaxşı komanda arayışındadı. Elə Ayxan bəyin açıqlamasındakı sitəmin sətiraltı mənası da budur – o, doymuş, maksimumunu göstərmiş futbolçularla məqsədə çatmayacaqlarını bildirir, böyümək üçün rəqabətli heyət, “yeni qan” istəyir. Rəfiyevinsə komisyon haqqını düşündüyü məsələlər var, klubun durumuyla maraqlanmır. Bəlkə də istefa ismarıcı elə ona yönəlib.

Elvin Bədəlov, Eltun Turabov və Murad Xaçayev kimi önəmli oyunçuların ardınca Vüqar Mustafayevlə Vurğun Hüseynov da cəzalı duruma düşdü. Deməli, qarşıdakı turlarda “Sumqayıt”ı daha pis aqibət gözləyir. Layiqli əvəzedicilər olmadığından Abbasov onu nələrin gözlədiyini yaxşı bilir, ona görə təslim olmuş kimi danışır.

“Qəbələ” isə tam fərqli qrafik cızır. Komanda ikinci pillədədisə, deməli, işlər yaxşı gedir. Bölgə təmsilçisi həm yaxşı oynayır, həm də bəzi məqamlarda bəxti gətirir. Düzdü, son dəqiqələrdə vurulan qollar eyni zamanda komandanın əzmkarlığının, axıracan döyüşməsinin məhsuludu, lakin Ülvi İsgəndərov, Emil Səfərov kimi sonradan oyuna daxil olub nəticəni dəyişəcək futbolçuların olması həm də şans məsələsidi. Həmin Ülvi start heyətdə oynayanda heç nəylə yadda qalmır, sonradan oyuna qoşulduqda isə fərq yaradır.

Bütün bunlar “Qəbələ” kimi komandalar üçün əlavə üstünlükdü. Liderə ən yaxın kollektiv olmaq faydalı işin nəticəsidi. Elmar Baxşıyev indiki halda ritmi tutub, sistem var və hər oyunçu müxtəlif formada faydasını göstərir. Necə ki, ötən mövsüm uğura ac futbolçularla “Sumqayıt” da eynisini edirdi. İndi isə ya Rəhim, ya Əli, ya da bir başqası formadan düşüncə…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm