Bizi izləyin

Müsahibə

Yankoviç qrupdan çıxmağa ümidlidi: “Bu, bir fakt ola bilər, amma bəhanə deyil”

blank
blank

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin futbolinfo.az-a müsahibəsi

– Avrokuboklar mövsümünü komanda üçün necə dəyərləndirirsən? Çempionlar Liqasının pley-offuna qədər gəldiniz, amma…

– Düşünürəm ki, “Qarabağ” azarkeşi ən yaxşısına layiqdir. İndiki məqamda Avropa Liqasının qrup mərhələsində oynamaq da uğur sayılmalıdır. Baxmayaraq ki, Çempionlar Liqası səviyyəsinə görə ən yaxşı yarışdır və orada oynamaq bütün futbolçuların arzusudur. Biz də orada çıxış etməyi istəyərdik. Amma Avropa Liqası qismət oldu, bu da nüfuzlu turnirdir, bizim üçün uğur sayılmalıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, biz bura gəlmək üçün 3 güclü komandanı sıradan çıxarmışdıq.

– “Viktoriya”ya məğlubiyyəti necə analiz edərdin? Qrupun bir addımlığında dayandınız.

– Əvvəlcədən bilirdik ki, çox çətin olacaq. Çünki avrokuboklarda oynadığımız bütün komandalar səviyyəli, güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda bəzən olur ki, 5:0-lıq qələbə qazanırsan. Amma matçdan sonra oyuna baxıb düşünürsən ki, biz daha yaxşı çıxış edə bilərdik. Eyni zamanda “Viktoriya” ilə oyunu bu qəbildən saymaq olar. Daha yaxşı ola bilərdi. Bizim üçünü ağır, üzücü idi. Lakin həmin matç geridə qalıb. Həmin qarşılaşmaları düşünmək üçün vaxt yoxdur. Qarşıda bizi daha gərgin, maraqlı oyunlar gözləyir.

– “Qarabağ” çox çətin oyunlar keçirdi. İstər “Lex”, istər “Sürix”, istərsə də “Ferentsvaroş” güclü rəqiblər idi. “Viktoriya” ilə matçlarda yorğunluq var idimi? Hər həftə bu cür ağır oyunlar komandaya pis təsir etmədi?

– Hardasa razılaşmaq olar. Hər üç gündən bir meydana çıxmaq asan deyil. Bunu bir arqument, fakt saymaq olar, lakin bəhanə olaraq qəbul oluna bilməz. Nəzərə alaq ki, bizim rəqiblərimiz də eyni qrafiklə, eyni ritmlə oyunlar keçirirdilər. Biz pley-off yolunda 3 güclü komandanı sıradan çıxardıq. Təsnifatda çox gözəl, baxımlı oyunlar keçirdik.

– Komandaya gəldikdən sonra əsas heyət üzvünə çevrildin və tez zamanda uyğunlaşdın. Azarkeşlər də oyunundan razıdır. Sən çıxışını necə dəyərləndirirsən?

– Azarkeşlər mənim oyunumdan razıdırsa, bunu eşitmək çox xoşdur. Ümid edirəm ki, komanda yoldaşlarım, məşqçilərim də məndən razıdırlar. Bayaq dedim ki, böyükhesablı qələbələrdən sonra düşünürsən ki, daha yaxşı oynaya bilərdik. Bunu fərd olaraq da futbolçulara aid etmək olar. Özümü də bura daxil edirəm. Düşünürsən ki, hər zaman daha yaxşısını etmək üçün imkan var. Bəzən hər şey yolunda getmir, çıxışın alınmır. Əsas odur ki, hər zaman beynində inkişaf etməyi saxlamaq lazımdır. Bu xarakterdən asılı məsələdir. Mən də bunu düşünərək məşq edirəm. Qarşıdakı oyunlarda daha yaxşısını etmək üçün çalışacam.

– Avropa Liqasının qrup mərhələsi Çempionlar Liqası olmasa da, format dəyişikliyindən sonra güclü rəqiblər gəlir. Qitənin ikinci dərəcəli klub turnirində oynayacağınıza sevinirsən, yoxsa daha çox ÇL-ə düşmədiyiniz üçün üzülürsən?

– ÇL-dən kənarda qalmağa məyus oldum. Bütün futbolçuların arzusu qitənin ən yaxşı klub turnirində oynamaqdır. Üzülməyimə səbəb odur ki, ÇL-in qrupuna düşməyə çox yaxın idik. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığımız üçün xoşbəxtəm. Əslində, Avropa Liqasında qrup mərhələsindən çıxmaq kimi təcrübəm var. Lakin bu gün də qitənin ikinci turnirində çıxış edəcəyimiz üçün sevinirəm.

– “Viktoriya”nın Çempionlar Liqasının qrupundakı rəqiblərini gördükdən sonra azarkeşlərin bir çoxu “yaxşı ki, Avropa Liqasına düşmüşük” deyirdi. Bir az gülməli olsa da, o qrupu görəndən sonra sən də eyni cür düşünmədin?

– Doğrudur, “Viktoriya”nın qrupu çox çətindir. Amma bizim Avropa Liqasında qrupdan çıxmaq şansımız var. İstənilən halda, Çempionlar Liqası arzudur. Bəzən böyük klublar qrup mərhələsinə düşə, qrupda oynasalar belə, ordan çıxa bilmir. Bütün bunlara baxmayaraq, orada oynasaydıq, uduzsaydıq da hamı ÇL-i dadmaq istəyərdi. Çempionlar Liqasında indiyədək çıxış etməyənlər buna çox sevinərdi. Bu böyük turniri digərləri ilə müqayisə etmək üçün şans qazanardı, yeni nələrsə öyrənərdi.

– Avropa Liqasının qrupunda heç də asan rəqiblərlə düşməmisiniz. Bu qrupu necə dəyərləndirirsən?

– Bizim Avroliqadakı rəqiblərimiz çox yaxşı komandalardır. Kim fərqli düşünürsə, futboldan anlayışı yoxdur. Ola bilər ki, adları gurultulu səslənmir. Qəti şəkildə deyə bilərəm ki, onların keyfiyyəti yüksəkdir. “Frayburq” Almaniya Bundesliqasından Çempionlar Liqasına vəsiqəni son iki oyunda əldən verdi. Bu mövsümə çox yaxşı başlayıblar. “Nant” Fransa Kubokunun qalibidir. “Olimpiakos” Yunanıstanın bir nömrəli komandasıdır. Onlar həm Çempionlar Liqasında, həm Avropa Liqasında müntəzəm oynayırlar. Bizim qarşımızdakılar çox ciddi komandalardır.

– Səncə, qrupda favorit hansı komandalardır? “Nant” və “Frayburq” böyük “5-lik” klubları olsalar da, Avropa təcrübələri azdır. Bu, sizi müəyyən qədər rahatladırmı?

– Düşünürəm ki, avrokuboklarda mübarizə aparmaq üçün bu cür komandaların hər hansı təcrübəyə ehtiyacı yoxdur. Çünki onlar top-liqalarda nəhənglərə qarşı çıxış edirlər. Sanki hər həftə Çempionlar Liqasında mübarizə aparanlarla qarşılaşırlar. Həmin komandalardakı oyunçuların bir çoxu əvvəlki komandalarında Çempionlar Liqasında oynamış futbolçulardır. Bəziləri də gələcəkdə orada çıxış edəcəklər. Ona görə komandaların təcrübələrinin olmamasını bizim üçün üstünlük saymaq olmaz. “Frayburq” son illər ən uğurlu dövrünü yaşayır. Alman komandaları nizam-intizamı ilə daim seçilir.

– Rəqiblərin futbolçuları və çalışdırıcıları “Qarabağ”ın Avropa Liqası təcrübəsini sizin üçün avantaj sayır. Həqiqətən bu belədir?

– İllər boyu “Qarabağ”ın qazandığı təcrübə bizə kömək edəcək. Bu, danılmaz faktdır. Amma necə olacağını gələcəkdə görəcəyik.

– Səncə, “Qarabağ” bu cür qrupda liderlik üçün mübarizə aparmaq gücündədir?

– Təkcə, onu deyə bilərəm ki, əlimizdən gələni edəcəyik. Mümkün olan ən yaxşı nəticəni qazanmağa çalışacağıq.

– İbrahima Vadjinin gedişini necə dəyərləndirirsən? Komandaya hansı mənfi təsiri olacaq?

– Vadji yaxşı futbolçudur və xüsusilə son perioddakı oyunları daha yaxşı idi. Onun vurduğu qollar bizə çox kömək etdi. Başqa bir şey deyə bilmərəm. Qərarlar futbolçu və kluba aiddir. Mən də Vadjiyə uğurlar arzu edirəm. Ona bol şanslar. İbrahima getdikdən sonra şansını gözləyən futbolçular üçün imkan yaranıb.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm