Bizi izləyin

Ölkə futbolu

Yaza qalan “Qarabağ” – hədəf böyüdür

blank
blank

“Qarabağ” hədəf böyütməyə davam edir. Ötən il bu vaxt Konfrans Liqasında qrupdan çıxmağı diləyirdiksə, indi ağdamlılar bunu sona 2 tur qalmış təmin edib. Ötən mövsüm komanda 1/16 finala yüksəlmişdisə, indi 1/8-dədi, amma biz daha artığını tələb edir, Avropa Liqasında yola davam etməsini istəyirik.

Təbii ki, şans hələ də var və “Qarabağ” bunu bacaracaq gücdədi. Qrup ikinciliyi real hədəfdi, növbəti turda “Nant”a uduzmamaq və ya daha sonra “Frayburq”a qalib gəlmək yetərlidi. Hətta qalan 2 matçda qalib gəlməməklə də problemi həll etmək olar. İstənilən halda, ardıcıl 2-ci mövsümdə “Qarabağ”ın avrokubok mövsümünü yazadək uzatması rəsmiləşdi.

“Olimpiakos”la dünənki matçda qələbə qazanmaq qrup liderliyinə real şans saxlayacaqdı. Lakin adlı-sanlı yunan klubuyla heç-heçə də kifayət qədər yaxşı nəticədi, bu rəqibdən 4 xal almaq “Qarabağ”ın yalnız aktivinə yazılacaq faktdır. Bakıya bir xal üçün gəldiyi aşkar hiss olunan pireylilərin heç-heçəyə sevinməsini görmək zövqü əvəzolunmazdır.

“Qarabağ” qalib gəlmək üçün hər şey etdi. Xüsusilə ilk yarıda top-komandalara layiq futbol sərgiləyən Qurban Qurbanovun yetirmələrinə yalnız qol çatmırdı. İkiqat müdafiə xətti quran qonaqlar qapısının toxunulmazlığını düşünür, hücum barədə fikirləşməyə imkan tapmırdı.

Öndə inanılmaz pressinq tətbiq edən “Qarabağ”ın yorulması normal idi və zaman keçdikcə oyunda sürət aşağı düşdü. Kadi Borgesin zədə üzündən əvəzlənməsindən sonra komandanın hücum planında aktivliyi də, sıx müdafiəni yarmaq üçün imkanlar da azaldı. Yekunda hər iki tərəfi qane edən heç-heçə reallaşdı.

Düzdü, paralel matçda “Nant”ı yenən “Frayburq”la liderlik mübarizəsinə davam etmək üçün ağdamlılar son dəqiqəyədək qələbəyə cəhd etdi, lakin bu nəticə pley-offa vəsiqəni təmin etdiyindən, Qurbanovun yetirmələri bərabərlikdən də məmnun qalmalıdı. Yunanlar isə şansını davam etdirmək üçün heç-heçəyə sevindiyini gizlətmirdi.

“Qarabağ” böyük işlər görür, ölkə reytinqini yüksəldir, adlı-sanlı komandalar qarşısında məğlub psixologiyasını beyinlərdən təmizləyir. Rəqibdən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxan, azarkeşləri daha çox şey tələb etməyə öyrəşdirən komanda artıq digər klublarımız üçün də minimum hədəfləri böyüdür. Daha qrupa vəsiqə qazanmaq qəhrəmanlıq deyil.

Çox təəssüf ki, digər klublarımız nəinki bunu bacarmır, hətta ilk mərhələlərdə ələnir. Bu səbəbdən “Qarabağ” ölkənin futbol imicini təkbaşına yüksəltməkdə davam edir. Həm tələb, həm tənqid edilən “Qarabağ” və öz oxu ətrafında fırlanan digərləri… Halbuki ən azı daha bir klubumuz qruplara vəsiqə qazansaydı, indi ölkə reytinqində çox irəli gedər, futbolumuz üçün daha geniş imkanlar açardıq. Bəlkə “Qarabağ”ın müəyyənləşdirdiyi etalonu başqalarından da tələb edək? Axı, Qurbanov və komandası illərdi bunun çətin olmadığını sübut edir. Sadəcə, doğru işləmək, səriştəli davranmaq kifayətdi.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm