Ölkə futbolu
Yenə “Sabah”ın oyunu – təxirəsalmaya gərək yox idi
Bu mövsüm artıq ikinci dəfədi “Sabah”ın oyunu təxirə salınır. “Zirə” ilə qarşılaşmada olduğu kimi, səbəb yenə koronavirusa yoluxmadı.
Ötən turdakı qarşılaşma “Sabah”ın futbolçularından bir neçəsinin test nəticəsinin pozitiv çıxmasına görə ertələnmişdisə, indi “Səbail” “günahkardı”. Paytaxt klubunun 12 üzvününü özünü narahat hiss etdiyi deyilir, rəsmi açıqlamada isə 4 futbolçuyla bağlı problem yaşandığı qeyd olunub. Maraqlıdı ki, “dənizçilər”in müvəqqəti icraçı direktoru Fərəc Əliyev adları açıqlanmayan oyunçularda heç bir simptomun müşahidə olunmadığını söyləyir.
Ötən tur “Zirə” – “Sabah” matçı 2 gün sonraya ertələnmişdi. Bu dəfə də eyni qərar verilməsi gözlənilir. Yəqin ki, qarşıdakı günlərdə “Sabah” – “Səbail” görüşü baş tutacaq. Futbolçuların təkrar testlərinin nəticəsi bilinəndən sonra Peşəkar Futbol Liqası vaxt təyin edəcək.
Lakin fikrimizcə, bu matç ümumiyyətlə, ertələnməməliydi. Virusla yanaşı yaşamağa öyrəşməliyik. Bir çox ölkələrdə eyni problem yaşanır, amma matçlar elə təyin olunduğu gün reallaşır. “Səbail” bu 4 futbolçudan ibarət deyil, lazım gəlsə, əvəzedici heyətdən oyunçu götürülməli və oyun keçirilməlidi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza