Ölkə futbolu
Yeni mövsümdə Premyer Liqada yeni komanda olmayacaq
Növbəti mövsümdən Misli Premyer Liqasında oynaması planlaşdırılan iki klubda ciddi problemlər ortaya çıxıb. Hazırda I Divizionda oynayan “İmişli” və “Araz-Naxçıvan”ın nəticələri fərqli olsa da, dərdi eynidir.
Futbolinfo.az xəbər verir ki, naxçıvanlılar ciddi maliyyə problemləri ilə üzləşib. Sponsorlar kluba yardımı dayandırıb. Düzdür, aşağı dəstədə oynamaq üçün lazım olan minimal büdcə təmin edilir, amma klubun böyüməsi üçün lazım olan malyyənin tapılmayacağı indidən bəyan olunub. Premyer Liqada oynamaq üçün lazım olan uşaq komandaları da hələlik formalaşdırılmadığından, “Araz-Naxçıvan”ın işi çətindir. Divizionun lideri yalnız yeni sponsor tapılacağı və ya AFFA-nın büdcə ayıracağı təqdirdə müəyyən güzəştlərlə elitaya yüksələ bilər.
“İmişli”nin vəziyyəti daha pisdir. Autsayder ev oyunlarını Saatlıda keçirir, infrastrukturla bağlı ciddi problemləri var. Hətta AFFA Premyer Liqada oynamaq üçün lazım olan büdcəni təmin etsə də, kadr-mütəxəssis çatımazlığı, uşaq komandalarının yoxluğu, ən əsası, doğma şəhərdəki stadionun bərbad durumu komandanın elitaya yüksəlməsinə imkan vermir.
Zaqatalada, Mingəçevirdə və digər bölgələrdə də durum eynidir. Ona görə də Premyer Liqanın bölgə komandaları hesabına daha da genişləndirilməsi planı baş tutmayacaq. Bu gedişlə AFFA-nın baş katibi Sərxan Hacıyevin vədi də havada qalacaq. Qurum rəsmisi mövsümün sonunda Premyer Liqada sonuncu yeri tutan komandanın Divizion təmsilçisi ilə əvəzlənəcəyini demişdi. Lakin indiki məqamda heç kimin tələblərə cavab verə bilməyəcəyi və elitadakı 10 komandanın yenidən mübarizəyə davam edəcəyi daha inandırıcıdır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”