I Liqa
Yevlaxda qolsuz sınaq
I Liqada qış fasiləsi davam edir. Bundan istifadə edən komandalar yoxlama görüşlərində qüvvələrini sınayır.
Futbolinfo.az xəbər ki, ötən həftəsonu “Karvan” və “Mingəçevir” klubları Yevlax şəhər stadionunda üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara top vurulmayıb.
Məlumat üçün bildirək ki, I Liqanın 13-cü turu fevralın 8-də start götürür.”Karvan” səfərdə MOİK-in qonağı olacaq, “Mingəçevir” isə doğma azarkeşlər önündə “Şamaxı” klubu ilə qarşılacaq. Hər iki matç saat 14:00-da başlayacaq.