Milli komanda
Yığmamız A liqasında İtaliyaya rəqib oldu
19 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2022-ci ildə Çexiyada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz 7-ci qrupda Norveç, İtaliya və Polşa yığmaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları İtaliyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.
Qeyd edək ki, milli komandamız A qrupunda qərarlaşıb. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”