Milli komanda
Yığmamızın qrupunda lider uduzsa da, mövqeyini qorudu
21 yaşadək futbolçular arasında AÇ-2023-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda da iki görüş baş tutub.
Qrup lideri Xorvatiya doğma meydanda Finlandiya ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda xorvatlar gözlənilməz məğlubiyyətə üzülüblər – 2:3.
Avstriya yığması isə Norveçlə qarşılaşıb. Üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbə qazanıblar – 2:1.
Bu nəticələrdən sonra A qrupundakı xal durumu belədir:
Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 4, Estoniya – 0.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı