Milli komanda
Yığmamızın sabiq məşqçisi: “Azərbaycanda iki gözəl il keçirdim”
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone “The Sun” nəşrinə açıqlama verib.
Futbolinfo.az hazırda ölkəsinin “Paviya” klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib:
“Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm. Agentlərimlə birlikdə mənim ümün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur”.
O, futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi “Bredford”a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib: “2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina edərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır”.
O, millimizdə çalışdığı dönəmi də qısaca şərh edib: “Azərbaycan millisində iki gözəl il keçirdim”.
Karbone 2020-2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”