Ölkə futbolu
“Yığmaya dəvət almadığım üçün pis oluram” – Vüsal İsgəndərli
“Millinin Lüksemburqa qarşı matçını izlədim. Əslində, komandadan qələbə gözləyirdim. Amma olmadı”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Türkiyənin “Keçiörəngücü” klubunda çıxış edən Vüsal İsgəndərli deyib.
Hücumçu Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində Lüksemburqa qarşı matçını dəyərləndirib: “Heyət seçimi baş məşqçinindir. Yəqin ki, siyahıda olanlar özünü daha yaxşı göstərib və dəvət alıb. Lüksemburq balaca ölkə olsa da, futbolu inkişaf edir. Buna baxmayaraq, belə məğlubiyyəti azarkeşlər qəbul etməz”.
İsgəndərli yığmaya çağırılmadığına görə pis olduğunu bildirib: “Əlbəttə ki, yığmaya dəvət almadığım üçün pis oluram. Çox istəyərdim ki, heyətdə olum. Milliyə çağırılmaq mənə böyük dəstək olar. Millinin üzvü olmaq klubumda da mənim üçün üstünlükdür. Dəvət almamağımın səbəbin bilmirəm. Hər oyun oynayıram, qol vururam. Qol şansları yaradıram. Çağırılmamağımın səbəbini baş məşqçi desə, yaxşı olar. Amma ona da bu barədə sual verilmədi”.
Forvard Qətərlə oyunda yığma komandadan qələbə gözlədiyini bildirib: “Buna çox inanıram”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı