Digər idman növləri
Yokiçin “sirena atışı”
MBA-da bu gecə cəmi 2 oyun keçirilib. Son iki ilin çempionlarının görüşündə “Denver Naggets” qələbə qazanıb. Son qələbə atışını Nikola Yokiç sirena səsi ilə birlikdə yerinə yetirib.
Serb basketbolçu oyunda 31 xal toplayıb. Bundan əlavə onun aktivində 9 ribaund və 10 asist var. Qonaqların heyətində Yokiçdən başqa Qordonu da qeyd etmək lazımdır. O da oyunu 30 xalla tamamlayıb.
Meydan sahiblərinin lideri Stiv Körri oyunda 30 xal toplayıb. Bu məğlubiyyətdən sonra “Qolden Steyt Vorriors” pley-in zonasından çıxıb.
Digər oyunda “Miluoki Baks” “San-Antonio Spörs”ü məğlubiyyətə uğradıb. Yannis Antetokumbo oyunda 44 xal toplayıb.