Ölkə futbolu
Yüksək Liqada liderdən növbəti qələbə
Bu gün futzal üzrə Yüksək Liqada 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.
Tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verilib. “Araz Naxçıvan” “Baku Fire” ilə münasibətlərinə aydınlıq gətirib. Beş qolluq qarşılaşma naxçıvanlıların növbəti qələbəsiylə yekunlaşıb.
“Record” bu tur “Alyans”la, “Neftçi” isə U-19 ilə qarşılaşıb. Bu oyunlarda da “Record”la “Neftçi” daha güclü olub.
Yüksək Liqa
8-ci tur
24 noyabr
Baku Fire – Araz Naxçıvan 1:4
Qol: Oruc Baxşəlizadə, 39:01 – Katatau, 3:42. Felipinyo, 6:24. Ramiz Çovdarov, 35:40. Xəzər Ağalızadə, 37:26.
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Nail Nağıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:15.
Record – Alyans (Lənkəran) 9:4
Qol: Seyidreza Hosseini Hotkani, 4:23; 29:33. Matin Qahramani, 11:53; 22:00. Mojtaba Vali, 17:46. Çinedu Stephen Auam-Aqa, 24:38; 25:34; 33:10; 33:46 – Anar İsayev, 17:23; 31:54. Əlizamin Rzayev, 28:36. Adil İsmayılov, 36:06.
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Şakir Quliyev.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:15.
Neftçi İK – U-19 3:0
Qol: Məhəmməd Abbasov, 9:29. Asif Zeynalov, 16:39. Mirzə Əmirov, 25:37.
Hakimlər: Ceyhun Hüseynov, Nahid Xasıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:15.
Xal: Araz Naxçıvan – 24, Baku Fire – 16, Neftçi – 16, Record – 9, Alyans – 3, U-19 – 0.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub