Ölkə futbolu
Yunanıstan yığmasının üzvü “Neftçi”də?
Futbol üzrə Avropa Liqasının 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq “Neftçi” heyətini gücləndirmək istəyir.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstan millisinin və “Panatinaikos”un futbolçusu Dimitris Kolovosla maraqlanır.
Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin ölkəsində və ya xaricdə oynamaq istəyi hələ bəlli deyil. “Panatinaikos” Kolovosu yeni mövsüm üçün heyətdə düşünmür və onu icarəyə vermək niyyətindədir.
Qeyd edək ki, Dimitris Kolovos 2019-cu ildən “Panatinaikos”da çıxış edir. O, ölkəsində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının da formasını geyinib.
Xatırladaq ki, senyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”