Dünya futbolu
“Yuventus” da yarımfinala vəsiqə qazandı
Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Napoli” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.
1/4 final mərhələsinin digər görüşü bu gün keçirilib. “Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən Turin təmsilçisi yarımfinala yüksəlib.
1/4 finalın digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. “Milan” “Torino” ilə, “İnter” isə “Fiorentina”yla üz-üzə gələcək.
İtaliya kuboku
1/4 final
21 yanvar
Napoli – Latsio 1:0
Qol: İnsinye, 2.
22 yanvar
Yuventus – Roma 3:1
Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.
28 yanvar
23:35 Milan – Torino
29 yanvar
23:45 İnter – Fiorentina
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?