Dünya futbolu
“Yuventus” Luis Suaresdən imtina etdi
“Yuventus”un idman direktoru Fabio Paratiçi adı kubla yanaşı çəkilən “Barselona”nın hücumçusu Luis Suareslə bağlı açıqlama verib.
Futbolinfo.az “Sky Sports”a istinadən xəbər verir ki, “qoca sinyora”nın rəsmisi Suaresin transfer edilməyəcəyini açıqlayıb:
“Artıq Suares transfer siyahımızdan çıxarıla bilər, çünki onun İtaliya pasportu alması üçün lazım olan müddət transfer pəncərəsinin son günündən daha uzundur. Suares bizə təklif ediləndə, bu seçimi dəyərləndirdik. Həmin vaxt o, İtaliya vətəndaşlığı alma mərhələsində idi, biz də onu vaxtında qeydiyyatdan keçirməyi müzakirə edirdik, amma bu, mümkünsüzdür. Suaresin transferinə yaxın deyilik.
“Yuventus”un bir hücumçuya ehtiyacı var, nə istədiyimizi bilirik və bunun üzərində çalışırıq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…