Ölkə futbolu
“Yuventus” Super Kuboku qazandı, Ronaldo tarixə keçdi
Futbol üzrə İtaliya Super Kubokunun qalibi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, İtaliya çempionu “Yuventus” ölkə kubokunun qalibi “Napoli” ilə qarşılaşıb.
Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qalib gəlib və tarixində 9-cu dəfə Super Kubokun sahibi olub.
Bu oyun “Yuventus”un hücumçusu Kristiano Ronaldo üçün də əlamətdar olub. Portuqaliyalı futbolçu bu görüşdə hesablı açmaqla futbol tarixinin ən çox qol vuran oyunçusuna çevrilib. 35 yaşlı hücumçu karyerası ərzində vurduğu qolların sayını 760-a yüksəldib. Bununla da o, çex hücumçu Josef Biçanın bu göstəricidəki rekordunu (759 qol) geridə qoyub. Ronaldo Portuqaliya millisi, “Sportinq” (Lissabon), “Mançester Yunayted”, “Real” və “Yuventus”da ümumilikdə 1036 matç keçirib.
İtaliya Super Kuboku
20 yanvar
Yuventus – Napoli 2:0
Qol: Ronaldo, 64. Morata, 90+5.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?