Dünya futbolu
“Yuventus”da yeni müqavilə
İtaliyanın “Yuventus” klubu titul sponsoru olan “Jeep” şirkətiylə müqavilənin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Yuventus” “Jeep”lə olan sözləşməni 2024-cü ilin yayına qədər artırıb. “Yuventus” yeni razılaşmaya əsasən, illik 45 milyon avro və yeni titullara görə əlavə bonuslar qazanacaq.
“Yuventus” “Jeep”lə 2012-ci il mövsümündən əməkdaşlıq edir. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.