Dünya futbolu
“Yuventus”dan “Napoli”yə çempionluq təbriki
“Yuventus” “Napoli”ni İtaliya A Seriyasının 2022/23 mövsümündə çempion olması münasibətilə təbrik edib.
Futbolinfo.az xəbər verir ki, Turin təmsilçisi təbrik mesajında “Napoli”ni tarixdə üçüncü dəfə skudettonu qazandıqları üçün təbrik edirik” sözlərini yazıb.
Neapol təmsilçisi sona 5 tur qalmış çempionluğu təmin edib. 33 illik fasilədən sonra çempionluq sevinci yaşayan “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.
İtaliya çempionatının turnir cədvəlində “qoca sinyora” 63 xalla üçüncü pillədə qərarlaşıb. 34-cü turda “Yuventus” Berqamo səfərinə yollanacaq və “Atalanta” ilə qarşılaşacaq. “Napoli” isə evdə “Fiorentina”nı qəbul edəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…