Dünya futbolu
“Yuventus”un transfer təlaşı
“Yuventus” yeni mərkəz yarımmüdafiəçisi axtarır. Turinlilər transfer pəncərəsinin bağlandığı saatadək bir futbolçunun keçidin həll etməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyinin bir neçə futbolçu ilə danışıqları uğursuzluqla başa çatdığından məsələ son günədək uzanıb. İndi isə seçim şansı çox azdır. Bununla belə, baş məşqçi Maksimiliano Alleqrinin tələbini yerinə yetirmək vacibdir.
“Yuventus” son olaraq Karlos Alkarasın transferinə köklənib. “Sauthempton” bir il öncə Argentina “Rasinq”indən 14 milyon avroya aldığı yarımmüdafiəçini satmağa razıdır. Turinlilər isə İngiltərə klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi olan 21 yaşlı futbolçunu 6 aylıq icarəyə götürmək, daha sonra birdəfəlik almaq niyyətindədir.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd