Ölkə futbolu
Zaur Əzizov “Qəbələ”dən ayrıldı – “Neftçi”nin uğurları üçün çalışacaq
“Neftçi” ən önəmli transferini rəsmiləşdirmək üzrədi. Ceyhun Sultanovun gedişindən sonra boş qalan idman direktoru postuna tanınan sima gətirilir.
“Qəbələ”nin baş meneceri Zaur Əzizov dünən məhz “Neftçi”ylə 1:1 hesabıyla bitən Premyer Liqa matçından sonra illərdi çalışdığı bölgə klubundan ayrılıb. O, bundan sonra paytaxt təmsilçisində fəaliyyət göstərəcək. “Neftçi” tezliklə təyinatı təsdiqləyəcək.
“Neftçi”nin məhz Əzizovu düşərgəsinə gətirməsi təsadüfi deyil. Bakılıların bu yay apardığı transfer siyasəti fiaskoyla nəticələnib. Bütüb məsuliyyəti üzərinə götürən baş məşqçi Samir Abasov ciddi səhvlərlə yadda qalıb. Heyət əcnəbilərlə doldurulub, mövqelər üzrə düzgün komplektləşmə aparılmayıb, yerli-legioner balansı qorunmayıb. Məhz elə buna görə çempionun nəticələri xeyli pisləşib. Zaur bəy isə illərdi “Qəbələ”də zərgər dəqiqliyi ilə etdiyi seçimlərlə tanınır. İndi onun bu bacarığını ölkənin ən qocaman klubunda göstərməsi lazım olacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”