Ölkə kuboku
“Zirə” “600”ü keçdi
“Zirə” futbol üzrə Azərbaycan kubokunda ardıcıl 6-cı quru oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, “qartallar” sonuncu dəfə 2018/19 mövsümündə qol buraxıb.
Həmin mövsüm 1/4 finalın “Sumqayıt”la cavab görüşü 3:3 hesabı ilə başa çatıb. Peyman Babayinin 45-ci dəqiqədə vurduğu top komandanın buraxdığı son qol olub. 2019-cu il mayın 1-də keçirilən həmin ev görüşündən sonra “Zirə” 6 matça çıxıb. Komanda ötən mövsüm “Qaradağ Lökbatan” (4:0) və “Səbail”i (0:0, 1:0, əlavə vaxtda), cari mövsümdə “Qaradağ Lökbatan” (4:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb. “Zirə”nin bu matçlardakı quru seriyası 615 dəqiqəyə çatıb.
Qeyd edək ki, 20-ci kubok matçına çıxan “Zirə” məğlubiyyətsiz oyunlar seriyasını 10-a qədər uzadıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar