Ölkə futbolu
“Zirə” – “Makkabi” oyununun biletləri satışa çıxarılır
Bakıda “Zirə” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.
Futbolinfo.az xəbər verir ki, azarkeşlər biletləri iyulun 15-də saat 12:00-dan etibarən əldə edə biləcəklər.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2 manat, 5 manat, 10 manat, və 20 manat təşkil edir.
Biletləri “Zirə İdman Kompleksi”, “Dalğa Arena”, Azfar futbol Böyükşor, “ASK Arena”, Gənclik və Xətai metrostansiyaları yaxınlığında yerləşən meydançalarından almaq olar.
İyulun 21-də “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya saat 20:00-da start veriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq