Premyer-liqa
“Sabah” – “Zirə” matçı təxirə salındı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcəkdi.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutmalı idi.
Çempionatın autsayderi “Sabah” “Zirə”ni qəbul edəcəkdi. Lakin görüş təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada bunlar qeyd olunub:
“Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək”.
Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası
9-cu tur
6 noyabr (cümə)
16:00. “Sabah” – “Zirə”
Masazır. “Bank Respublika Arena”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub