Premyer-liqa
“Zirə” üçün 13 turda 22 futbolçu
Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün 2020-ci ilə aid hissəsi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, “Zirə” arxada qalan 13 turda 22 futbolçunun xidmətindən yararlanıb.
Dörd oyunçu bütün matçlarda meydana çıxıb. Onlardan ikisi yerli, ikisi legioner statuslu futbolçudur. Klesio Bauk meydanda daha çox – 1169 dəqiqə keçirib. Davit Volkov bu göstəricidə ikincidir. İlkin Muradovla Ruslan Qurbanov bütün qarşılaşmalarda meydana çıxsa da, daha az dəqiqə keçiriblər.
Mövsümün ilk hissəsində “Zirə”nin qapısını ümumilikdə üç futbolçu qoruyub. Mateus Albino 11, Rəşad Əzizli 2 matçda meydana çıxıb. Bir görüşün son dəqiqələrində qırmızı vərəqə alan Albinonun yerinə sahə oyunçusu Ruslan Qurbanov qapıda dayanıb.
“Zirə”nin baş tutan 13 matçdakı ən yaxşı bombardiri Ağabala Ramazanovdur. O, rəqib qapılarından 5 top keçirib. Ondan az qol vuran Davit Volkov ikinci sıradadır. Klesio Baukun aktivində 3 top var. “Qartallar”ın qol sevinci yaşayan 7 üzvündən dördü hərəyə 1 dəfə fərqlənib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza