Ölkə futbolu
“Zirə”də 4-cü vida
Yeni transferlərə hazırlaşan “Zirə” hazırda yeni mövsümdə ehtiyac duymadığı futbolçuları müəyyənləşdirir. Müqavilə müddəti bitənlərdən yeni təklif almayanlar bir-bir düşərgəni tərk edir.
Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisini tərk edəcəyi dəqiqləşən futbolçuların sayı 4-ə çatıb. “Sumqayıt”la anlaşan Mehdi Cənnətov, “Qarabağ”la müqavilə bağlayan Hamidu Keyta və “Səbail”ə yollanan Coşqun Diniyevin ardınca Loris Broqno da “qartallar”la vidalaşıb. Futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Zirə”də iki mövsüm oynayan belçikalı futbolçu ilə bitən müqavilənin müddəti uzadılmayıb. Klub rəhbərliyi 30 yaşlı oyunçu ilə yolları ayırmağı lazım bilib.
Bu, hələ son deyil. Mövsümü 5-ci pillədə bitirib avrokuboklardan kənar qalan komanda azı daha 3-4 oyunçunu yola salacaq. Onların əksəriyyəti yerli futbolçular olacaq. Eyni zamanda ümidləri doğrultmayan mərkəz müdafiəçilərindən azı biri “qartallar”a vida edəcək. Gedəcək oyunçuların tam siyahısı müəyyənləşdikdən sonra klubun rəsmi açıqlama verməsi gözlənilir.
“Təmizləmə” işləri bitdikdən sonra yeni transferlər olunacaq. “Qəbələ”dən bir neçə oyunçunun qəsəbəyə köçəcəyi bəllidir. Ardınca problemli mövqelərə axtarış davam edəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”