Bizi izləyin

Ölkə futbolu

“Zirə”k tovuzlulardan “Qəbələ”yə hədiyyə

blank
blank

Premyer Liqada 32-ci tur bu gün başa çatacaq. “Neftçi” qalib gəlsə, “Sabah”a çempionluq üçün ümid, büdrəsə, gümüş medalları təhvil verəcək.

Liderlərin bugünə təxirə salınan oyununa kimi isə digər komandalar münasibətlərinə aydınlıq gətirdi. “Qəbələ” özü qalib gəlib “Zirə”nin məğlubiyyətinə sevindi və 4-cü pillədə bir az da möhkəmləndi. Çox güman ki, qəsəbə təmsilçisini yeni avrokubok mövsümündə görməyəcəyik. “Qəbələ”yə kuboka möhtac olmadan vəzifənin öhdəsindən gəlmək üçün 2 qələbə kifayətdir.

“Sumqayıt” “Kəpəz”ə qalib gəlməklə Premyer Liqada qalmaq yolunda inamlı addım atdı. Autsayderlərdən iki qələbəlik məsafədə olan cütlük qarşıdakı turlarda mövqelərini gücləndirməklə məşğul olacaq. “Şamaxı”yla “Səbail” çox güman ki, kimin elitanı tərk edəcəyini son turdakı şəxsi oyunda aydınlaşdıracaq. Ardıcıl məğlubiyyətlər bu iki komandanın vəziyyətini tamamilə pisləşdirib. Bölgə təmsilçisi qələbəni unudub, “dənizçilər”sə bu mövsüm səfərdə ən pis göstəriciyə malik komanda olmağa davam edir.

8 oyunluq qələbəsizlik seriyasına Zirədə son qoyan “Turan Tovuz” rahat nəfəs aldı. Ayxan Abbasovun yetirmələrinə elitada yerini təmin etmək üçün bir xal kifayət edəcək. Həmin xala isə ehtiyac olmaya da bilər, çünki digər autsayderlərin bütün matçlarda qalib gəlmək şansı yoxdur. Sadəcə, riyazi cəhətdən sualları nöqtəylə əvəzləmək üçün qərblilər daha bir matçda uduzmamalıdır.

Tovuzluların “Zirə” ilə dünənki oyunu qonaqların bəd seriyaları qırması baxımından önəmli oldu. Səfərdə daha yaxşı çıxış edən “Turan Tovuz” ənənəsinə sadiq qalıb 79 gündən sonra qələbə qazandı. Bu, həm də cari mövsümdə 3 dəfə yenildkləri “qartallar”a qarşı sindromun qırılmasıyla əlamətdar oldu. Baxmayaraq ki, matçın aşkar favoriti “Zirə” sayılırdı.

Bəri başdan yazaq ki, oyunun qəribə ssenarisini hakimlər cızdı. Bu haqda başqa yazıda oxuyacaqsız, sadəcə, əlavə edək ki, məhz Rauf Cabarovun bacarıqsızlığı sayəsində hakimlik futbolun önünə keçdi. Epizodlar zəncirin halqaları kimi sıralandığından kimin daha çox ziyan gördüyünü iddia edə bilməyəcəyik. Lakin onun qərarları matçı axarına, oyunun ritminə ciddi şəkildə təsir etdi.

4-cü yer uğrunda mübarizə aparan “Zirə” avrokubok ümidlərini qovmaq üçün mütləq qələbə qazanmalıydı. Rəqibin 3 gün öncə ağır kubok oyununda fiziki güc itirməsi, son dəqiqə qolu ilə psixoloji zərbə alması da meydan sahiblərinin xeyrnə idi. Üstəlik, “Turan Tovuz” müxtəlif səbəblərdən iki əsas qapıçısının xidmətindən məhrum idi.

Bütün bunlara baxmayaraq, start “Zirə” üçün xoşagəlməz alındı. Bəsit qollar buraxmasına öyrəşdiyimiz Rəşad Sadıqovun yetirmələri ilk künc zərbəsindən sonra məyus oldu. Düzdü, meydan sahibləri aşkar üstün olduğu ilk hissədə azı 2 qol vurmalı idi. Amma komanda penaltini boşa verdi, təmiz qolu sayılmadı. “Turan Tovuz” əlinə düşən nadir şansları uğurla bitirincə gözlənilməz nəticə qeydə alındı.

“Zirə” məğlubiyyətə görə kənar amilləri qabarda bilər və haqsız da sayılmaz. Hakimin xüsusilə ilk yarıda başını itirməsindən yaranan xaos meydan sahiblərinə ciddi şəkildə təsir etdi. Amma Sadıqov komandasının qüsurlarına da diqqət etmlidir. Bəxtsizlik, fərdi səhvlər, hakim qərarları “Zirə”nin hədəfinə çatmamasında böyük rol oynadı, bununla yanaşı komanda olaraq edilən yanlışlar da qeyd olunmalıdır.

“Zirə” dünən standart vəziyyətlərdən sonra 4 qol buraxdı (biri ləğv edildi). Təkcə bu fakt çıxışlarda faciəvi oynayan qapıçının və mərkəz müdafiəçilərinin işini qiymətləndirmək üçün misilsiz imkandır. Komandanın qolkiperləri biri obirindən betərdir, müdafiəçiləri isə canlı bomba. Qovulub geri qaytarılan Nemanya Andelkoviç bir epizodda rəqibə iki dəfə məhsuldar ötürmə verirsə, başqasında günah axtarmağa dəyməz.

Sadıqov mövsüm boyunca ideal “11-liy”ini tapa bilmədi, Rəhim Sadıqov – Hamidu Keytadan asılılıq komandanın hücumda rəngarəngliyinə xələl gətirdi. Broqno, Hamdaui, Əhmədzadə, Qomes sabit oynamağı bacarmadı, müdafiənin cinahları mərkəzindən betər, dayaq bölgəsi oyunçuları keyfiyyətdə rəqiblərə uduzur. İlk baxışdan heyət zəngin görünür, lakin seçimlər düzgün edilməyib, məşqçinin oynatmaq istədiyi futbola uyğun oyunçular tapılmayıb. Mövsüm ərzində bu qədər transfer edilib, nəticə verəcək komanda isə yoxdur. “Qəbələ” bu gün öndədirsə, bunun səbəbi qəsəbə təmsilçisindən fərqli olaraq transferlərdə dəqiqlik faizinin ikiqat yaxşı olmasıdır.

Yəqin ki, bu mövsüm “Zirə”yə dərs olacaq, heyətdə ciddi islahatlar aparılacaq. Komandanın hücum potensialı yaxşıdır, lakin qapı, müdafiə və dayaq bölgəsi hücumçuların rahatlığını təmin edə bilmirsə, əksinə, kuryoz qollarla əlavə problem yaradırsa, diqqət məhz bu bölgələrə yönəldilməlidir. “Zirə”nin yüksək səviyyəli legioner qapıçıya və müdafiə xəttinin tam yenilənməsinə ehtiyacı var. Əks halda, futbolçu kimi iz qoymuş Sadıqov məşqçi kimi “uğursuz” adını üzərinə götürəcək. Bu mövsümü unundub, dərs alıb doğru seçimlərlə daha mobil komanda qurmaq lazımdır. Həm də bu, təkcə futbolçu heyətinə aid deyil, Sadıqovun məşqilər heyəti də bacarıqlı mütəxəssislərdən qurulmalıdır. Böyük komanda olmaq üçün kreslo isidən adamlarla yol çıxmaq olmaz.

Komandanın lider problemi də var. Rəşad bəy özü oynayarkən hansı rolda idisə, komandasına da elə bir futbolçu tapmalı, meydandakı məşqçi köməkçisini “yaratmalıdır”. “Zirə”də xarakterli yerli oyunçu yoxdur, ortabab “robot”lardan ibarət bir qrup Sadıqovun dirijor çubuğu ilə hərəkət edir. Məşqçinin kapitan sarğısını Keytaya etibar etməsi də bunu göstərir. Halbuki “Qəbələ”ylə bugünkü 6 xallıq fərqin yaranmasına boşa verdiyi iki penalti ilə səbəbkar olan Hamidu bu rola qətiyyən yaramır, heç yarayan kimsə də yoxdur.

“Zirə” və “Turan Tovuz” üçün mövsümün qalan oyunları formallığa çevrildi. Qərblilərin daha yüksək yerdə qərarlaşmaq üçün mübarizə stimulu varsa, qəsəbə təmsilçisinin 4-cü pillə ümidi boş xəyaldır. Qalan 4 turu gələn mövsümün komandasının formalaşdırılması üçün eksperimentlərə həsr etmək daha yaxşı olar.

Premyer Liqada əksər məqamlara aydınlıq gəlib. İndi əsas sual elitanı “Şamaxı” və “Səbail”dən hansının tərk edəcəyi ilə bağlıdır. Bu gün, 32-ci turun bağlanış matçında “Neftçi” qələbə qazanmasa, medalçıların sıralaması da 80-90 faiz dəqiqləşəcək.

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Ölkə futbolu2024-04-26 13:44

“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza

blank
Ölkə kuboku2024-04-26 13:30

“Qarabağ” kubok matçına görə 800 manat cərimə ödəyəcək

blank
Premyer-liqa2024-04-26 13:17

Premyer Liqanın üç klubu kənar şəxslərə görə cərimələndi

blank
Digər idman növləri2024-04-26 13:00

Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlandı

blank
Digər idman növləri2024-04-26 12:42

Formula 1 tarixinin ən böyük konstruktoru komandadan gedir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm