Ölkə futbolu
“Zirə”nin əvəzedici komandası bərpa olunur
Premyer Liqada çıxış edən “Zirə”nin əvəzedici komandası yenidən bərpa olunacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport”da yayımlanan “Üçüncü hissə” verilişində deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ikinci komandanın 2020/2021 mövsümündən etibarən I Divizionda iştirakı planlaşdırılır: “Gələn il əvəzedici heyəti bərpa edib, aşağı dəstədə çıxış etmək istəyirik”.
Qeyd edək ki, “Zirə”nin əvəzedici komandası ötən mövsümün əvvəlində ləğv olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?