Ölkə futbolu
“Zirə”nin legioneri “Olimpiakos”a “Neftçi”yə qalib gəlməyin yolunu göstərdi
“Zirə”nin müdafiəçisi Dimitios Çantakias “BN Sports” nəşrinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, yunanıstanlı futbolçu Azərbaycanın dinamik sürətlə inkişaf etdiyini bildirib:
“Burada özümü çox gözəl hiss edirəm. Kollektivdə isti ab-hava hökm sürür. Bu səbəbdən, “Zirə”yə dərhal uyğunlaşdım. Azərbaycan çempionatı mənim xoşuma gəlir. Burada yaxşı futbol oynayırlar, yaxşı şəraitləri, yaxşı meydanları var. Bunların hamısı idmançılar üçün vacibdir”.
Müdafiəçi, Azərbaycan və Yunanıstan futbolu arasında bir çox oxşarlığın olduğunu da söyləyib: “Hər ikisinin özünəməxsus keyfiyyətləri yoxdur. Əlbəttə, burada yaxşı müdafiə olunmaqla yanaşı, əla döyüşürlər. İnanılmaz pulları çölə tullamasalar da, yaxşı komandaları var. Buna görə də Yunanıstan komandalarının işini çətinə salırlar. Bu, onların oyun üslubudur”.
Çantakias UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstan çempionu “Olimpiakos”la “Neftçi” arasında bu gün Bakıda keçiriləcək cavab görüşü barədə də danışıb: “Təbii ki, “Olimpiakos” öz ritmini göstərəcək və müəyyən qədər favorit sayılır. Lakin “Neftçi”ni də qiymətləndirməmək olmaz. Bu, 3 ildir formalaşmış kollektivdir. Onların “Olimpiakos”a zərər yetirəcək futbolçuları var. Habelə, “Neftçi” üçün fanat amili də mövcuddur. Fikrimcə, mübariz oyunun şahidi olacağıq. Qalib gəlmək üçün bacardığının ən yaxşısını etməlisən. Top saxlamalı, “Neftçi”nin üstünlüyə yiyələnməsinə, qalib gələ biləcəyini və favorit olduğunu düşünməsinə imkan verməməlisən. Rəqib əla komandadır və biz dəhşətli oyun görəcəyik”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?