Ölkə futbolu
“Zirə”nin “Makkabi”yə qalib gəlmək şansı çoxdur”
“Makkabi” (Təl-Əviv) güclü və böyük klubdur. Onlar bu il heyətlərini gücləndirirlər. İsrailli ulduz Zahavini heyətə qatdılar. “Seltik”dən Nir Bitonu aldılar. Amma indiki halda onlar hazır deyil. Düşünürəm ki, yaxşı oyunlar olacaq”. Bu sözləri futbolinfo.az saytına “Simurq”un sabiq israilli futbolçusu İdan Vaytsman deyib.
O, Konfrans Liqasınının ikinci mərhələsində baş tutacaq “Makkabi” (Təl-Əviv) – “Zirə” matçlarından danışıb. Vaytsman “Zirə”ni belə analiz edib: “Bakı klubunun təhlükəli futbolçuları var. Təmkin Xəlilzadənin ötürmələri çox təhlükəlidir. Orta xəttə Coşqun Diniyev əla oyun göstərir. Hücum xətti də güclüdür. “Zirə”nin “Qarabağ”la kubokun finalındakı oyununu izlədim. Onlar penaltilərdə uğursuz oldular”.
İsrailli futbolçu “Zirə”nin mərhələ keçmək şansının olduğunu bildirib: “Zirə”nin qalib gəlmək şansı çoxdur. Çünki “Makkabi” komandanı qurub tamamlamayıb. Bakı klubu evdəki matçı udmalıdır”.
Vaytsman İsrail klublarına qarşı Azərbaycan təmsilçilərinin statiatikasının yaxşı olmamasına da toxunub: “Statistika hər şey deyil. Amma Azərbaycan klubları yaxın gələcəkdə bu statistikanı dəyişə bilərlər”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”