Milli komanda
“Zirə”nin qapıçısı “Makkabi” ilə oyuna görə millimizdən ayrıldı
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, “Zirə”nin qapıçısı Səlim Həşimov yığmanın düşərgəsini tərk edib.
Buna qolkiperin İsraildə “Makkabi”yə (Təl-Əviv) qarşı keçiriləcək Avropa Konfrans Liqasının 2-ci tərnifat mərhələsinin cavab oyunu üçün “Zirə”nin əsas komandasına cəlb edilməsi səbəb olub. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb edilib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İyulun 28-də keçiriləcək “Makkabi” – “Zirə” qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Qartallar” Bakıdakı görüşdə rəqibinə 0:3 hesabı ilə uduzub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar