Dünya futbolu
“Zirə”nin rəqibində qalmaqal – ata oğluna görə məşqçiyə hücum etdi
Bakıda UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə”ni 3:0 hesabı ilə məğlub edən İsrailin “Makkabi” (Təl-Əviv) klubunun düşərgəsində insident baş verib. Matçdan sonra futbolçu Oskar Qluxun atası Maksim Qlux baş məşqçi Vladimir İviçə hücum edib. O, 18 yaşlı israilli yarımmüdafiəçinin 89-cu dəqiqədə meydana çıxmasına qəzəblənib.
Qlux açıqlamasında 45 yaşlı mütəxəssisi axmaq da adlandırıb: “Oğlum bu baş məşqçi ilə eyni komandada qalmayacaq. Start heyətində meydana çıxmalı idi. Hazırda onun klubdan ayrılması gündəmdədir. Qlux cavab matçının iştirak ərizəsində yer almayacaq. Rəhbərlik bugünlərdə iclas keçirəcək və Oskar Qluxun başqa kluba keçidini müzakirə edəcək”.
“Makkabi” və “Zirə” arasında İsraildəki cavab görüşü iyulun 28-də olacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq