Bizi izləyin

Ölkə futbolu

“Zirə”nin seriyası qırıldı, “Qarabağ” fərqi artırdı

blank
blank

Premyer Liqada qış fasiləsi başladı. Dünən baş tutan son 2 matçla 2-ci dövrə yekunlaşdı, komandalar qısamüddətli istirahətə getdilər. Tezliklə mövsümün ikinci yarısının hazırlığı başlayacaq, elita təmsilçiləri heyətini gücləndirməyə, problemli mövqelərinə transferlər etməyə çalışacaq.

“Qarabağ” 14 tur ərzində əsas izləyicisi olan “Qəbələ”dən 7, son çempion “Neftçi”dən 11 xal uzaqlaşmağı bacardı. Əsas rəqibin bakılılar olduğunu nəzərə alsaq, “köhlən atlılar” qızıl medalları qazanmasını erkən elan edə bilər. Möcüzə baş verməsə, “Neftçi” qalan 14 tur ərzində ağdamlılarla aradakı bu fərqi əridə bilməyəcək.

Qurban Qurbanovun yetirmələri ikinci dövrəyə şok “Səbail” məğlubiyyəti ilə başlasa da, qalan oyunlarda qələbələri sıraladı, 6 oyunda 16 top vurub, cəmi birini buraxdı. Yalnız əsas izləyicisi “Qəbələ”ylə səfərdə 0:0-a razılaşan “Qarabağ” bunun sayəsində qış çempionluğunu da erkən elan etmişdi.

Dünən dövrənin bağlanış matçına nisbətən zəif heyətlə çıxan “Qarabağ” “Zirə”yə şans vermədi. Erkən qolla üstünlük qazanan Qurbanovun yetirmələri bunun davamını gətirib liderliyini möhkəmləndirdi. Dubl edən Musa Qurbanlının statistikası isə heyran edir. 3 matça dubllar sayəsində 6 qol vuran hücumçu baş məşqçi olan atasının etimadını tam doğruldur. İbrahima Vadji və Ramil Şeydayevdən daha az şans alıb onlardan çox qol vuran forvard əla bitiricilik qabiliyyəti ilə seçilir. Qurban bəy oğluna daha çox güvənsə, pis olmaz.

Ardıcıl ikinci məğlubiyyətini alan “Zirə”nin əsas problemi heyətdəki itkilər idi. Xüsusilə uzun müddətə sıradan çıxan Nemanya Andelkoviçin yoxluğu özünü göstərdi. “Qartallar” mövsümdə ilk dəfə meydanı qolsuz tərk etdi ki, bunun da səbəbini rəqibin daha güclü komplektləşmiş, balanslaşmış heyətə malik olmasında axtarmaq lazımdı.

Ümumiyyətlə, “Zirə”nin ciddi güclənməyə ehtiyacı var. Komanda liderlər qrupunda qalıb avrokuboklara getmək istəyirsə, bütün xəttlərə transferlər edilməsi vacibdi. Rəqabətin istənilən səviyyədə olmaması zaman-zaman özünü göstərir. Qəsəbə təmsilçisinin 2-ci dövrədə özündən öndəki 3 liderin hamısına məğlub olması təsadüfi deyil.

“Zirə”ylə xal fərqini 5-ə endirən “Sabah” qışdan sonra daha yaxşı olacağının siqnallarını verir. Murad Musayevin fasilə dövründə istədiyi transferləri edəcəyi şübhə doğurmur. Deməli, paytaxt təmsilçisinin daha da güclənməsi ehtimalı var. Komanda liderlər qrupuna düşmək istəyirsə, mütləq nöqtə-transferlər etməlidi. “Səbail” üzərindəki böyükhesablı qələbə aldadıcı olmamalıdı, bu komanda mövsümün ən zəifidi. “Sabah” heyətinin keyfiyyətini “Qarabağ”dan buraxdığı 5 qolla ölçməlidi.

“Səbail”ə gəlincə, çempionatın ən zəif komandası çətin ki, sonadək autsayderlər qrupundan çıxa bilsin. Büdcə, bu səbəbdən heyət yetərsizliyi Aftandil Hacıyevi çətin duruma salıb. Onun möcüzə etmək imkanı yoxdu, klub rəhbərliyi vəziyyəti dəyişməsə, belə də davam ediləcək.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm