Ölkə futbolu
“Zirə”nin yeni transferi Kiyev “Dinamo”sundan buna görə ayrılıb
“Zirə”nin yeni transferi Vladislav Kulaç Ukraynanın “Dinamo” (Kiyev) klubundan ayrılmasının səbəblərini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında son ilyarım oynamadığı üçün Kiyev təmsilçisindən ayrıldığını bəyan edib:
“Bu, çox çətindir. “Dinamo”dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi. Zədələri gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm”.
Xatırladaq ki, Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da cəmi 7 oyuna çıxıb, 1 qol vurub. O, bir neçə gün öncə “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub