Dünya futbolu
Zlatan İbrahimoviç 40 yaşında milliyə dəvət aldı
“Milan”ın huçumçusu Zlatan İbrahimoviç növbəti dəfə İsveç millisinə çağırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
40 yaşlı hücumçu DÇ-2022-nin pley-off mərhələsi üçün yığmaya dəvət alıb. İbrahimoviç 5 illik fasilədən sonra ötən il milliyə qayıtmışdı.
İsveç pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq. İsveçlilər finala yüksəlsələr, Polşa ilə qarşılaşacaqlar.