Digər idman növləri
Zöhrab Gözəlbəyliyə növbəti beynəlxalq təyinat
Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq.
Futbolinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən Gözəlbəyli noyabrın 8-də və 9-da Bakıda kişi voleybolçular arasında keçiriləcək “Murov” (Azərbaycan) – “Holding Qrats” (Avstriya) matçlarında hakimlərin işinə qiymət verəcək.
“Voleybol Mərkəzi”ndə keçiriləcək oyunlarda ilk gün matçın birinci hakimi Butto Malek (İsrail), ikinci hakimi isə Yener Seçkin (Türkiyə) olacaqlar. İkinci gün isə türkiyəli Yener Seçkin birinci hakim, israilli İris Stojcic Fogel ikinci hakim vəzifəsini yerinə yetirəcəklər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub