Dünya futbolu
Zommer transferi tamamlandı
“Bayern” Yan Zommerin transferini bitirdi. Münhenqladbax “Borussiya”sı qapıçısını satmağa razılıq verdi.
İstirahət zamanı xizək sürərkən ayağını sındıran Manuel Noyeri əvəzləməyə gələn İsveçrə millisinin qapıçısı 2,5 illik müqavilə bağlayacaq. Futbollçu ilə şəxsi müqavilənin detalları dəqiqləşdirilib.
Futbolinfo.az “Bild”ə istinadən xəbər verir ki, transfer münhenlilərə 8 milyon (+ 1,5 milyon bonuslar) avroya başa gələcək. “Borussiya” yanvarın əvvəlində 8 milyon istəyirdi, “Bayern” isə 6+2 təklif edirdi. Proses uzandı və Münhenqladbax klubu güzəştə getmək əvəzinə tələblərini yüksəltdi. Belədə son ölkə çempionu qarşı tərəfin tələbini yerinə yetirməli oldu.
Bundesliqada mövsümün ikinci yarısı başlamaq üzrə olduğundan “Bayern” son anda müqavilə bağlamağa razılaşdı. Zommer artıq tibbi müayinədən keçmək üçün yeni klubunun düşərgəsinə gəlib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”