Ölkə futbolu
Zubir: “Bizim üçün bu stadionda oynamaq daha yaxşıdır”
“Qarabağ”ın futbolçusu Abdullah Zubir Konfrans Liqasının qrup mərhələsində “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Futbolinfo.az xəbər verir ki, o, sabah oynanılacaq qarşılaşmayla bağlı bunları deyib:
“Bizim üçün çox vacib oyundur. Rəqibin heyətində yaxşı futbolçular var.
Konfrans Liqası başqa səviyyədir. Hər oyunda çalışıram ki, komandamız üçün effektli olum. Sabahkı oyunda da əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
Düzdür, təsnifat mərhələsinin oyunlarında Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı deyildi. Amma bizim üçün bu stadionda oynamaq daha yaxşıdır. Burada tribunadakı azarkeşlər futbolçulara daha yaxındır.”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar