Dünya futbolu
Əsgərov dubl etdi, komandası darmadağına sevindi
Futbol üzrə Latviya 1-ci liqasında 5-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Saldus” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:1.
Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı futbolçu sonadək mübarizə aparıb. Əsgərov bu görüşdə dubla imza atıb. 72-ci dəqiqədə özünün ilk qolunu vuran forvard, 90+1-ci dəqiqədə penaltidən fərqlənməklə “Super Nova”da bu mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb.
5 oyuna 10 xal toplamış “Super Nova” 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO