Dünya futbolu
“Atletiko”da böyük mükafat
18 ildən sonra İspaniya çempionu olan "Atletiko" (M…
18 ildən sonra İspaniya çempionu olan "Atletiko" (Madrid) klubu futbolçularını mükafatlandıracaq. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi hər futbolçuya 800 min avro ödəyəcək.
Ancaq İspaniyada futbolçuların qazandığı məbləğ 500 min avronu keçdiyi zaman ödəyəcəyi vergi 50 faizə yüksəldiyi üçün oyunçular həmin məbləğin yarısını – 400 min avro qazanmış olacaq.
Qeyd edək ki, "Atletiko"nun futbolçularına Çempionlar Liqasının finalında oynadıqları üçün isə əlavə mükafat verilməyəcək.