Dünya futbolu
Sesk Fabreqas: “Arsenal”a ona görə qayıtmadım ki…”
Bir çox klubdan təklif almasına baxmayaraq, "Çels…
Bir çox klubdan təklif almasına baxmayaraq, "Çelsi"ni seçən “Barselona”nın sabiq futbolçusu Sesk Fabreqas vaxtilə çıxış etdiyi "Arsenal"a qayıtmama səbəbini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, “topçular”ın heyətində özünə yer olmadığını əsas gətirib:
"Arsenal" mənim üçün əsas prioritet idi. Müqavilə şərtlərinə əsasən London klubuna qayıtmaq mümkün idi. Mən bu barədə Vengerlə danışmışdım. Lakin o, mənə mövqeyimin artıq dolu olduğunu bildirdi. Digər klublardan da çox yaxşı təkliflər varı idi. Əlbəttə Premyer Liqaya qayıtmaq istəyirdim. Mourinyoyla danışanda məni qane edəcək hər şeyi eşitdim. O, məni inandırdı və burda olduğuma görə də şadam".
Fabeqas 2004-11-ci illərdə “Arsenal”da çıxış edib.
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-08 15:17
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
- I Liqa2024-05-08 14:18
I Liqada 25-ci turun təyinatları müəyyənləşdi