Dünya futbolu
"Azerbaijan Land of Fire" reklamı Kolumbiya klubunun formalarını bəzəyə bilər
Azərbaycanın "Azerbaijan. Land of Fire" reklamı Kolumbiya…
Azərbaycanın "Azerbaijan. Land of Fire" reklamı Kolumbiyanın "Junior" klubunun futbol geyimlərində də öz əksini tapa bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı Azərbaycanın Kolumbiyadakı səfirliyinin nümayəndələri iki yerli klubla – "Junior" və "İndependyente Santa-Fe" ilə danışıqlar aparıblar. Qeyd olunur ki, daha inandırıcı variant "Junior"du. Çünki "Junior"un formaları "Azerbaijan. Land of Fire" reklamını daşıyan İspaniya "Atletiko"sunun idman geyimlərinə oxşarlığı çoxdu. Bu üzdən də sözügedən reklamın məhz bu komandanın formalarında əksini tapması istisna edilmir.
Maraq üçün xatırladaq ki, əvvəllər "Junior" məhz "Atletiko" ilə adaş olub. Belə ki, Kolumbiya təmsilçisi vaxtilə "Atletiko Junior" adlanırmış.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”